Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 17:27
Azərbaycan koronavirusla mübarizə istiqamətində bir sıra ölkələrə maddi və humanitar yardımlar göstərib və göstərməkdə davam edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
H.Hacıyev bildirib ki, Azərbaycan Macarıstan, Pakistan, Bosniya, Tacikistan, Qırğızıstan və digər ölkələrə maddi və humanitar yardımlar göstərib.
O qeyd edib ki, hazırda Serbiya Respublikasına və fələstinli qaçqınlara da yardımların göstərilməsi istiqamətində işlər aparılır.
H.Hacıyev vurğulayıb ki, bütün bunlar Azərbaycanın koronavirusla bağlı mübarizəyə beynəlxalq səviyyədə göstərdiyi mühüm dəstəkdir.