Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan mehriban qonşuluq şəraitində yaşamaq istəyirsə COVİD-19 yaxşı bir fürsətdir''

''Ermənistan mehriban qonşuluq şəraitində yaşamaq istəyirsə COVİD-19 yaxşı bir fürsətdir''

Tarix: 13 May 2020 18:16

"BMT baş katibinin qlobal atəşkəsin elan olunması ilə əlaqədar açıqlamaları vardır və ümumiyyətlə qlobal pandemiya şəraitində qlobal sülhə olan çağırışları da Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən tədbirlər əsnasında qəbul olunmuş bəyanatlarda da öz əksini tapıb".

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqində deyib.

O, Ermənistanı COVİD-19 virusu ilə bağlı yaranan mühitdən istifadə edərək qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa çağırıb:

"Təbii ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində baxdıqda, Ermənistan tərəfi bu məsələdə də siyasi möhtəkirliyə və münaqişənin həlli proseslərini təhrif etməyə çalışır. Həmçinin də onlar COVİD-19 mövzusunu da siyasi möhtəkirlik obyektinə çevirməyə çalışırlar. Amma onu da qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyətin də müraciəti ondan ibarətdir ki, COVİD-19 da işğallara, təcavüzlərə son qoyulması üçün münbit bir zəmindir və dövlətlərin üzərinə zəruri bir öhdəlik qoyur. Məhz bu amaldan da çıxış edərək Ermənistan respublikası da əgər öz beynəlxalq öhdəliklərinə sadiq olduğunu və qonşu dövlətlərlə mehriban qonşuluq şəraitində yaşamaq istədiyini nümayiş etdirmək istəyirsə, COVİD-19 yaxşı bir fürsətdir. Ermənistan özünün işğalçı siyasətinə son qoysun, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarsın və nəticə etibarı ilə də azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququ təmin edilsin".

Təhməz Təkin


Etiketlər:  Ermənistan mehriban qonşuluq şəraitində yaşamaq istəyirsə COVİD yaxşı fürsətdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ