Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şehiçin çıxış etdiyi klubda koronavirus şoku - 11 nəfər

Şehiçin çıxış etdiyi klubda koronavirus şoku -  11 nəfər

Tarix: 14 May 2020 01:44

Türkiyənin 1-ci liqasında mübarizə aparan “Erzurumspor”da 11 nəfər koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Testi müsbət çıxanlardan dördü futbolçu, biri məşqçidir. Digərləri isə klubda müxtəlif vəzifələrdə çalışırlar.
 
Klubun yaydığı açıqlamada daha 12 nəfərin koronavirusa yoluxma şübhəsi olduğu bildirilib.  Onların hamısından təkrar analizlər götürüləcək.
 
Qeyd edək ki, TFF 1-ci liqada 2019/20 mövsümünün iyunun 19-da bərpa edilməsi gözlənilir.

Xatırladaq ki, "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də "Erzurumspor"da çıxış edir.
 


Etiketlər:  Şehiçin çıxış etdiyi klubda koronavirus şoku nəfər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ