Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 08:36
Videokonfrans platforması Zoom güvənli mesajlaşma servisi olan Keybase-i satın alıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin rəsmiləri məlumat veriblər. Pandemiyadan sonra platformanın istifadəçi sayı 10 milyondan 300 milyona çatıb. Güvənlik problemlərinin də çoxaldığına görə, şirkət Keybase-i almaq qərarına gəlib.
Mütəxəssislər bildirirlər ki, bu alqı-satqı Zoom-un başdan ayağa şifrələnmək planını daha da sürətləndirəcək.
Qeyd edək ki, Zoom məşhur şirkəti alsa da, maliyyə detalları ilə bağlı heç bir məlumat verilməyib.