Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook”da saxta xəbər və təhqirləri siləcək süni intellekt sistemi təqdim edilib

“Facebook”da saxta xəbər və təhqirləri siləcək süni intellekt sistemi təqdim edilib

Tarix: 14 May 2020 10:03

Süni intellekt “Facebook”da saxta xəbər və təhqirləri siləcək. Bu, 10 mindən 1 milyonadək postu əhatə edə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, tədqiqatçılar təhqir və saxta xəbərlərin silinməsi üçün “SimSearchNet” neyron şəbəkəsini təqdim ediblər. Bu, eyni təsvir və ya mətnləri axtarıb tapan neyron şəbəkəsidir, buna görə yoxlamaları avtomatlaşdırır. Məsələn, sosial şəbəkənin əməkdaşı postda koronavirus haqqında yalan informasiya olduğunu qeyd edən kimi bu informasiya “SimSearchNet”ə göndərilir – süni intellekt dublikatları və ya oxşar təsvirləri axtarıb tapacaq.

 

“Facebook”un bloqundakı yazıya əsasən, süni intellekt ilkin sınaqlarda “nifrətə çağıran” yazıların 88,8%-ni aşkar etməyi öyrənib. Beləliklə, sosial şəbəkənin moderatorları təxminən 9,6 milyon postu bir-bir silmək məcburiyyətində olmayıb.

 

Emil Hüseynov




Etiketlər:  Facebookda saxta xəbər təhqirləri siləcək süni intellekt sistemi təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ