Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 11:22
"Barselona"nın futbolçusu Lionel Messinin əmisi oğlu Maksi Byankukki argentinalı hücumçu haqda danışıb.
Qol.az xəbər verir ki, o, "Ole"yə açıqlamasında əvvəlcə 32 yaşlı oyunçu ilə olan uşaqlıq xatirəsini bölüşüb: "Məhəllədə bizimlə oynadığı zaman hamımız ondan boyca çox uzun idik. Bizə "bu dəlilikdir, Messini oyundan çıxarın, yoxsa onu öldürərik" deyirdilər. Onu döymək istəyirdilər, o da buna dözürdü.
8-9 yaşım olanda şənbə günləri Leonun oyununu izləmək üçün erkən qalxardım. Çox təsir edici hərəkətlər edərdi, buna inana bilməzdim
M.Byankukki Messinin Argentina çempionatında oynamaq variantı haqda da danışıb: "Leo Argentinanı çox sevir, insanlar bunu başa düşmürlər. Əgər burada o qədər də təhlükəli olmasaydı, burada oynayardı, buna şübhəm yoxdur. Ən böyük arzum Leonu "Nyuells"də görməkdir, ancaq bunun reallaşacağını düşünmürəm. Çünki bu şəhər cəhənnəmdir".