Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 12:06
Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "EurActiv" portalına müsahibəsində deyib.
O, danışıqlarda irəliləyiş üçün Yerevanın konstruktiv fəaliyyətinin olmamasından təəsüfləndiyini bildirib:
"Ermənistan danışıqlar prosesindən geri çəkilir".
H.Hacıyevin sözlərinə görə, münaqişənin yeganə həll yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması, erməni qoşunlarının çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq mərhələli nizamlanmasıdır.
O bildirib ki, işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər" bir daha göstərdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejim cinayətkar birləşmədən, Ermənistanın siyasi rəhbərliyinin mafioz klanından başqa bir şey deyil.
Daha sonra H.Hacıyev qeyd edib ki, işğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanununsuz ixracı artıq ənənəyə çevrilib və bu sahədən qazanılan gəlir Ermənistanın siyasi rəhbərliyinin gizli fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.