Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 17:50
"Magistrantlar üçün imtahan sessiyası və dissertasiya işlərinin müdafiəsi pandemiya ilə əlaqədar preventiv tədbirlər, sosial məsafənin gözlənilməsi ilə tələb nəzərə alınmaqla ənənəvi yolla aparılacaq".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Rəyasət Heyəti Aparatının Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri ilə keçirilən onlayn görüşdə deyib.
AMEA-nın Elm və təhsil idarəsinin rəis müavini Hüseyn Hüseynov magistrantların aralıq qiymətləndirilməsinin 31 may 2020-ci il tarixində başa çatdırılmasının önəminə toxunub. O, distant təhsil sahəsində əldə edilən təcrübəni yüksək qiymətləndirərək, onlayn rejimdə keçirilən sərbəst işlərin və kollokviumların, o cümlədən seminar qiymətlərinin imtahanqabağı bal cədvəlində nəzərə alınmasının zəruriliyini qeyd edib.