Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

D vitamini koronavirusdan qoruyur? - dietoloq açıqladı

D vitamini koronavirusdan qoruyur? - dietoloq açıqladı

Tarix: 15 May 2020 08:33

"İmmun sistemi D vitaminindən bakteriya və viruslarda deşik açan antimikrob silahların yaranmasında istifadə edir".

Sonxeber.net bildirir ki, bunu həkim-dietoloq Nura Sadıqova deyib.

Həkim qeyd edib ki, D vitamininin əsas funksiyası bədəndəki kalsium və fosfatı nizamlamaqdır. Bu, sağlam sümüklər, dişlər, əzələlərin inkişafı və qorunması üçün əsasdır:

"Britaniyalı tədqiqatçılar iddia edirlər ki, vitamin D qida əlavələri hər il ölkədə üç milyondan çox insanı soyuqdəymə və ya qripdən qoruya bilər. Bu, günəş vitamini sağlam sümüklər üçün vacib olduğu qədər immun sistemi üçün də böyük rol oynayır. İngiltərə İctimai Sağlamlığı Təşkilatı (Public Health England - PHE) infeksiya ilə bağlı məlumatın hələ dəqiq olmamasını bildirməsinə baxmayaraq, qida əlavələrini məsləhət görüb. Qeyd olunub ki, vitaminin qəbulu sümük və əzələ sağlamlığı üçün nəzərdə tutulmalıdır.

Londonun "Queen Mary" Universitetindən olan komanda burun axma, qrip və pnevmoniya kimi xəstəliklərə səbəb olan tənəffüs yolu infeksiyalarını analiz edib. Ümumi olaraq tədqiqat göstərib ki, vitamin D əlavəsi qəbul edən 33 nəfərdən biri infeksiyaya yoluxmur.

Böyüklərdə D vitamini çatışmazlığı kəskin sümük sızıltıları və əzələ ağrıları ilə müşayiət olunan osteomalyasiya əmələ gətirir. Lakin balans qorunmalıdır, çünki D vitamini kalsiumun yüksəlməsinə, bu da ürək və böyrək üçün problemlərə səbəb ola bilər".

Həkim-dietoloq koronavirusla mübarizədə kömək edə bilən məhsulların siyahısında birinci yerdə zəncəfil və sarımsağın gəldiyini deyib:

"Onlar təbii antibakterial xüsusiyyətə malikdir. Zəncəfilin tərkibində həmçinin böyük miqdarda askorbin turşusu, B, A qrupu vitaminləri, sink, kalsium və yod var. Bundan başqa, onun aktiv maddəsi olan qingerol iltihab proseslərini aradan qaldırmağa kömək edir və ağrıkəsici təsirə malikdir. Növbəti bitki isə sarıkökdür. Onun tərkibinə daxil olan kurkumin maddəsi güclü immunostimulyator və təbii antibiotik hesab olunur.

Siyahının üçüncü, dördüncü pilləsində isə giləmeyvələr və bal yerləşir. Giləmeyvələrdə çoxlu vitaminlər və antioksidantlar var. Keyfiyyətli bal isə ta qədimdən öz müalicəvi xüsusiyyətləri ilə tanınır. Həmçinin C vitamini ilə zəngin qidalardan istifadə etmək məsləhət görülür. Bura sitrus meyvələri, quşüzümü, kivi, qara qarağat, çiyələk, itburnu, quşarmudu, mərsin, çaytikanı, alma, xurma, kələm, bolqar bibəri və iri yarpaqlı göyərtilər daxildir. Bütün rəngli tərəvəzlər və dəniz kələmi də bu siyahıya aiddir. Onların piqmentləri (xlorofil, astaksantin, beta-karotin) antioksidant xüsusiyyətlərə malikdir və immuniteti gücləndirir". (publika.az)


Etiketlər:  vitamini koronavirusdan qoruyur dietoloq açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ