Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 14:05
"Bəziləri deyir karantin müddətində yarımçıq qalan işlərimi həll etdim. Məndə əksinə oldu, yarımçıq işlərim elə də qaldı. Çünki mən karantin rejiminə ciddi riayət edənlərdənəm".
Sonxeber.net bildirir ki, bu sözləri "ölkə.az"ın əməkdaşı ilə söhbətində Əməkdar artist Nüşabə Ələsgərli deyib. Daha sonra o, bu zaman ərzində pedoqoji fəaliyyətini də davam etdirdiyini deyib.
"Karantin zamanı mənə evə daha çox vaxt ayırmaq imkanı verdi. Tez- tez mətbəxə keçib cürbəcür dadlı yeməklər hazırladım. Bildiyiniz kimi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Mən də bütün müəllim həmkarlarım kimi onlayn dərslərdə iştirak edirəm",- deyə o, bildirib.
Daha sonra Əməkdar artist səhhətində ciddi problem olduğunu da etiraf edib.
"Hazırda səhhətimdə problem var, müalicə alıram. Bununla əlaqədar normal qidalana bilmirəm"
Sonda Nüşabə Ələsgərli nə vaxtsa plastik əməliyyat etdirmək istədiyini, lakin bundan çox qorxduğunu deyib.
"Hələlik əməliyyat masasına uzanmaq fikrim yoxdur. Lakin gələcəkdə plastik cərraha müraciət etmək istəyirəm. Üz cizgilərimdə bəzi dəyişikliklər etmək fikrim var. Sadəcə, mən bir az qorxaq insanam, əməliyyatdan çox qorxuram. Əsasən də iynə vurduranda az qalır ürəyim getsin", - deyə, əməkdar artist fikrini tamamlayıb.