Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Ədəbiyyatı Muzeyinə “virtual açıq qapı” təşkil olunacaq

Azərbaycan Ədəbiyyatı Muzeyinə “virtual açıq qapı” təşkil olunacaq

Tarix: 15 May 2020 15:25

Bakı. İlhamə İsabalayeva - Trend:

Mayın 18-də Beynəlxalq Muzeylər Günündə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə “virtual açıq qapı” təşkil olunacaq.

Akademiyadan Trend-ə verilən məlumata görə, ölkəmizdə fəaliyyət göstərən muzeylər koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə təqdimatlar və tədbirlərlə qeyd edəcək.

Belə ki, Beynəlxalq Muzeylər Günündə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət etmək istəyən insanların marağını təmin etmək məqsədilə muzeyə “virtual açıq qapı” təşkil olunacaq. Bələdçilər tərəfindən virtual ziyarətçilərə muzeyin zalları, qiymətli eksponatları - əlyazmaları, arxeologiya nümunələri, miniatürləri, xalçaları, memarlıq abidələrinin maketləri, eləcə də ölkəmizin görkəmli ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılığı barədə məlumatlar veriləcək. Virtual tur Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində təqdim olunacaq.


Etiketlər:  Azərbaycan Ədəbiyyatı Muzeyinə virtual açıq qapı təşkil olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ