Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bahar Muradova: Pandemiya dövrü Azərbaycan ailəsində bu günə qədər mövcud olan problemləri bir az da qabartdı

Bahar Muradova: Pandemiya dövrü Azərbaycan ailəsində bu günə qədər mövcud olan problemləri bir az da qabartdı

Tarix: 15 May 2020 15:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Pandemiya dövrü Azərbaycan ailəsində bu günə qədər mövcud olan problemləri bir az da qabartdı.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası dönəmində ailə problemlərinin həlli istiqamətində axtarılan çıxış yollarına yeni mexanizmlər əlavə edildi:

"Çətin dövr insanı daha çevik düşünməyə və daha doğru çıxış yolları tapmağa vadar edir. Bu dövrdə bütün dünyada, o cümlədən də Azərbaycanda bəzi problemlərin həddindən artıq kəskinləşdiyini gördük. Sosial vəziyyəti çətin, həssas qrupa aid olan ailələrdə həm psixoloji, həm də sosial çətinliklər daha da kəskinləşdi. Bu da təbii ki, ailə daxilində müəyyən psixoloji məqamların gərginləşməsinə səbəb olur. Amma "evə qapanma" insanların bəzi emosional hisslərini sınamağa da imkan verdi. Cütlüklər aylarla bir evdə, dörd divar arasında bir-birinə dözməyə, övladlarına bərabər şəkildə qayğı göstərməyə, ailənin üzləşdiyi problemləri həll etməyə hazırdırmı?! Bu müddət göstərdi ki, buna hazır olmayanlar da var. Hətta indiyədək belə məqamlar olmamışdısa, pandemiya dövründə bəzi ailələrdə belə problem ortaya çıxdı. Statistika da onu göstərir ki, heç bir problemi olmayan ailələrdə problemlər yaranmağa başlayıb".

B.Muradova əlavə edib ki, bu günə qədər çətinliklər yaşayan ailələrdə əsk proseslər getməyə başladı.

Komitə sədri əlavə edib ki, pandemiya dövründəki bu vəziyyətin təhlili onların sonradan daha uzunmüddətli layihələr həyata keçirməsinə şərait yaradacaq.


Etiketlər:  Bahar Muradova Pandemiya dövrü Azərbaycan ailəsində bu günə qədər mövcud olan problemləri bir az da qabartdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ