Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 17:45
Bakı. İlhamə İsabalayeva – Trend:
Koronavirusla müalicə işinə 100-dən çox tibb işçisi cəlb edilib.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, modul tipli xəstəxanalar fəaliyyətə başladıqdan sonra bu işçilərin sayı 3000-ə çatacaq.
R.Bayramlı çarpayı fondunun hazırda kifayət qədər olduğunu söyləyib.