Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milli Şura'' adlı qurum sahib olduğu əxlaqsız dəyərləri göstərdi - İlham Məmmədov

''Milli Şura'' adlı qurum sahib olduğu əxlaqsız dəyərləri göstərdi - İlham Məmmədov

Tarix: 16 May 2020 11:54

"Milli Şura" adlanan qurum əslində xalqımızın milli düşmənidir. Bu qurumda təmsil olunan üzdəniraqlar keçirdikləri videokonfransda bir daha sahib olduqları əxlaqsız dəyərləri göstərdilər.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, milli xəyanətkarların virtual qeybət, küçə söyüşü və jarqonlarından istifadə edərək apardıqları müzakirələr onlara baxan insanlarda ikrah hissi yaratdı: "Bu insanların milli dəyərlərimizə zidd məsələləri həyasızcasına müzakirə etmələri doğrudan da insanlarımızda ikrah hissi doğurdu. Bax, budur onların dəyəri, əqidəsi. Onlar bütün müzakirələrində söyüşü, əxlaqsızlığı, tərbiyəsizliyi əsas tuturlar.

Belə çərçivəsində müzakirələr aparan bu ünsürlər millətimiz, xalqımız üçün yararlı bir məsələni müzakirə etmək iqtidarında deyillər. Onlar xalqımızın milli-mənəvi dəyərlərinə tamamilə zidd məsələləri qabartdıqları, dolayısı ilə xalqı təhqir etdikləri üçün hər biri çıxıb xalqımız qarşısında üzr istəməlidir".

Deputat vurğulayıb ki, radikal müxalifət bir daha öz iç üzünü açıb göstərdi və hansı yolun yolçusu olduğunu nümayiş etdirdi:

"Artıq "Milli Şura"da istefalar başlayıb, bir neçə nəfər oradan uzalqşıb. İstefa verənlərdən biri Eldəniz Quliyev etiraf edib ki, bu qurum xalqın mənəvi dəyərlərini ayaqlar altına atır. Eldəniz Quliyev, həmçinin öz "Facebook" səhifəsində yazdığı statusunda "Milli Şura"nın xarici dairələrə çalışdığını da etiraf edib. Sitat: "Sözüm divara dəyib düşdü. Eşidilmədi. Qulaqardına vuruldu. Qəsdən. Belə çıxdı ki, hansısa 28-ci dərəcəli bir ABŞ konqresmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür. Belə çıxdı ki, Milli Şura rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir! Əks halda, "hörmətli" (inanın ki, bu an "hörmətli" kəlməsini zorla işlədirəm, - E.Q.) Cəmil Həsənli Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqallı bir üzdənirağın hucumlarından çəkinib, bəzi Beynəlxalq Təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və MŞ-ya problem yaratdığımı əlində bayraq etməzdi".

Göründüyü kimi, "Milli Şura" adlanan qurum əslində xalqımızın milli düşmənidir, orada toplananlar isə xarici qüvvələrə işləyərək milli-mənəvi dəyərlərimizi ayaqlar altına atırlar. Belə insanlar xalqımızı, dövlətimizi ancaq uçuruma apara bilərlər. Xalqımız isə bunların hansı yolun qulluqçusu olduqlarını yaxşı bilir və bu insaları çoxdan tarixin zibbiliyinə atıb".


Etiketlər:  Milli Şura adlı qurum sahib olduğu əxlaqsız dəyərləri göstərdi İlham Məmmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ