Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevil Mikayılova aztəminatlı ailələrə və tənha yaşayan şəxslərə ərzaq yardımı edib - FOTO

Sevil Mikayılova aztəminatlı ailələrə və tənha yaşayan şəxslərə ərzaq yardımı edib - FOTO

Tarix: 16 May 2020 14:48

56 saylı Xaçmaz kənd seçki dairəsindən Milli Məclisin deputatı Sevil Mikayılova 50-dən artıq aztəminatlı ailəyə, eləcə də tənha yaşayan şəxslərə ərzaq yardımı edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ərzaq yardımı ötən gün Xudat şəhərində Ləcət, Köhnə Xudat və Susayqışlaq inzibati ərazilərində yaşayan ailələrə çatdırılıb.

Eyni zamanda, seçicilərə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar maarifləndirici tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı aparılan mübarizədə, eyni zamanda pandemiya dövründə əhalinin sosial müdafiəsinin, məşğulluğun təmin edilməsi, eləcə də iqtisadi inkişafın qorunub saxlanması istiqamətində sistemli tədbirlər həyata keçirilib.

Bu məsələlərin həlli istiqamətində ölkəmizdə 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox dəyəri olan sosial-iqtisadi dəstək paketi qəbul olunub.

Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri tərəfindən "Biz birlikdə güclüyük" sosial layihəsi davam etdirilir.

Milli.Az


Etiketlər:  Sevil Mikayılova aztəminatlı ailələrə tənha yaşayan şəxslərə ərzaq yardımı edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ