Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mən bir zəhmətkeş insan kimi deyirəm ki, Sizin adınız tarixə qızıl hərflərlə həkk olunur - Yevlax sakini Prezidentə yazır

Mən bir zəhmətkeş insan kimi deyirəm ki, Sizin adınız tarixə qızıl hərflərlə həkk olunur - Yevlax sakini Prezidentə yazır

Tarix: 16 May 2020 19:24

Mən bir zəhmətkeş insan kimi deyirəm ki, Sizin adınız tarixə qızıl hərflərlə həkk olunur.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Yevlax rayonunun Ərəş kəndinin sakini Mais Mehdiyevin məktubunda qeyd edilir.

Kənd sakini yazır:

"Hörmətli cənab Prezident, dünyanı öz əsarətinə almış koronavirus xəstəliyi Azərbaycana çox zəif təsir göstərə bildi. Sizin uğurlu daxili və xarici siyasətiniz dünya ictimaiyyəti tərəfindən hörmətlə qarşılanır. Pandemiya dövründə Azərbaycanda xalqın maarifləndirilməsi, karantin rejiminin düzgün həyata keçirilməsi, həkimlərin, tibb işçilərinin gərgin fəaliyyəti ilə dövlətimiz koronavirus xəstəliyinə qalib gəlməkdədir. Bu işlərin hamısı Sizin və Mehriban xanımın sayəsində həyata keçirildi. İşləməyən insanlara birdəfəlik 190 manat verilməsi də bütün xalqın sevincinə səbəb olub. Mən bir zəhmətkeş insan kimi deyirəm ki, Sizin adınız tarixə qızıl hərflərlə həkk olunur.

Möhtərəm Prezident, bizim kənd da daxil olmaqla üç kəndin əhalisi yolumuzun yaxşı vəziyyətdə olmaması ilə əlaqədar Sizə məktub ünvanlamışdıq. Sizin tapşırığınızla bu kəndlərin yoluna geniş və keyfiyyətli asfalt döşənib, 5-6 yerdə dayanacaqlar quraşdırılıb. Həmin kəndlərin əhalisi də Sizə uzun ömür, cansağlığı arzulayır".


Etiketlər:  Mən zəhmətkeş insan kimi deyirəm Sizin adınız tarixə qızıl hərflərlə həkk olunur Yevlax sakini Prezidentə yazır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ