Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR və BP birgə neft-kimya kompleksinin tikintisini planlaşdırır (ÖZƏL)

SOCAR və BP birgə neft-kimya kompleksinin tikintisini planlaşdırır (ÖZƏL)

Tarix: 7 Iyun 2019 21:06

Bakı. Ləman Zeynalova - Trend:

“Star” neft emalı zavodu işə salınma mərhələsindədir.

Bunu “SOCAR Turkey” şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Lekompte Trend-ə özəl müsahibəsində deyib.

Onun sözlərinə görə, zavodda sınaq prosesi demək olar ki, başa çatıb:

“Bütün bölmələr istifadəyə verilib, istehsal faktiki olaraq başlayıb. Zavodda reaktiv yanacaq, dizel yanacağı, mayeləşdirilmiş karbohidrogen qazı və digər məhsullar istehsal olunur”.

M.Lekomptenin sözlərinə görə, bu ilin sonunadək zavodda 8 milyon tonadək xam neft emal olunacaq.

“Petkim” neft-kimya kompleksi barədə danışan rəsmi bildirib ki, müəssisə Türkiyədə ən iri neft-kimya məhsulları istehsalçısıdır:

“Hazırda müəssisə bazarda tələbatın təxminən 20 faizini təmin edir. Türkiyədə "Petkim"in müştəriləri 2500-3000 nəfərdir. Ölkə xaricində "Petkim" 11 ölkəyə məhsul ixrac edir. Kompleks 20-dən çox müxtəlif məhsul istehsal edir”.

SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaları barədə danışan M.Lekompte vurğulayıb ki, şirkət bu ölkədə ən iri beynəlxalq investordur:

“Türkiyəyə ən iri investisiyalar faktiki olaraq Azərbaycandan, SOCAR-dan daxil olur. 2008-ci ildən SOCAR Türkiyədə işə başlayandan bu günədək investisiyaların ümumi həcmi 15 milyard dollar təşkil edib. Əgər planlaşdırılmış məbləğləri əlavə etsək, 19,5 milyard dollar rəqəmini əldə edirik. 2020-ci ildən başlayaraq yeni neft-kimya zavodunun tikilməsi planlaşdırılır. Hazırda bunun üzərində işləyirik, bu işə 2-3 il vaxt gedəcək. Bu, "SOCAR Turkey" ilə BP-nin birgə layihəsidir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  SOCAR birgə neft kimya kompleksinin tikintisini planlaşdırır ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ