Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kofein Parkinson riskini azaldır

Kofein Parkinson riskini azaldır

Tarix: 16 May 2020 21:57

İki molekul olan kofein və ürat ilə Parkinson xəstəliyi arasında əlaqə olduğunu göstərən yeni bir elmi araşdırma nəşr olundu. Alimlər, kofeinin istehlakının artması və qandakı ürat səviyyəsinin yüksəlməsinin Parkinson sindromuna qarşı təsirli olduğunu göstərdilər.

ABŞ-ın Massaçusetts Xəstəxanası və Harvard Tibb Fakültəsinin alimləri, kofeinin istehlakı və qandakı ürat səviyyəsi ilə Parkinson xəstəliyi arasındakı əlaqəyə dair əhəmiyyətli nəticələr əldə etdilər. Araşdırmaçıların əldə etdiyi məlumatlara görə, pürin molekullarından olan kofeinin və ürat səviyyəsinin yüksəkliyi, Parkinson xəstəliyinə qarşı qoruyuculuq təmin edir.

Müxtəlif qruplar üzərində araşdırma edən alimlər, həm kofeinin, həm də üratın qoruyucu xüsusiyyətlərə sahib olduğunu ifadə edirlər. Hər iki molekulun Parkinson xəstəliyini önləyici təsiri heyvan modellərində də müşahidə edildi.

Elm insanları bu araşdırma daxilində 369 idiopatik Parkinson xəstəsi və 197 sağlam insan üzərində test reallaşdırdı. Nəticələrə görə, ən çox kofeinin istifadə edən beşdə birlik qrupdakı Parkinson, ən az kofenin istifadə edən beşdə birlik dilimə görə 70% daha azdır.


Etiketlər:  Kofein Parkinson riskini azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ