Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Borussiya”dan unudulmaz jest – Şəkillər

“Borussiya”dan unudulmaz jest – Şəkillər

Tarix: 17 May 2020 10:36

Dünən 2 aylıq fasilədən sonra bərpa olunan Almaniya bundesliqasında maraqlı hadisə baş verib.

Qol.az xəbər verir ki, bu olaya koronavirus pandemiyası səbəbindən matçların azarkeşlərsiz keçirilməsi səbəb olub. “Şalke”yə qarşı 26-cı turun qarşılaşmasından sonra (4:0) Dortmundun “Borussiya” komandasının futbolçuları ənənələrinə sadiq qalaraq azarkeşlərə etdikləri təşəkkürü yenə  təkrarlayıblar.

Onlar “Siqnal İquna Park” arenasının əsas, bu dəfə artıq boş olan tribunasına yaxınlaşaraq azarkeşlərə minnətdarlıqlarını ifadə ediblər. Onlar bununla fanatlarının dəstəyini boş tribunalar önündə belə hiss etdiklərini nümayiş etdiriblər. Bu zaman futbolçular karantin qaydasına - sosial məsafəyə əməl ediblər.



 


Etiketlər:  Borussiyadan unudulmaz jest Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ