Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 12:25
"Subay vaxtı da belə düşünürdüm, indi də... Yaradıcı insanın ailə qurmağı düzgün bir şey deyil. Yaradıcı insanın evində uşaq olanda, fikir dağılır və nəyisə ərsəyə gətirmək mümkün olmur".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev "Söhbət var" verilişində deyib. İfaçı təkliyi daha çox sevdiyini bildirib:
"Əgər evlənmisənsə, şou-biznes əhli yox, kim olursan ol, ailənin başının üstündə olmalısan. Amma mənim başım səs götürmür. Evdə uşaqların səsi gələndə başımı divara vurmaq istəyirəm. Kimlərsə bu sözlərimə gülə bilərlər. Elə sənət dostlarımız var ki, ailə qurublar. Onlar da mənim bu fikrimlə razılaşırlar ki, yaradıcı insanın ailə qurması bir qədər düzgün bir şey deyil".