Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 12:51
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Qazaxıstan Prezidentini ad günü münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.
Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası əleyhinə mübarizə ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Dövlət başçıları bu yaxınlarda Türk Şurasının videokonfrans formatında keçirilən Zirvə toplantısına toxunaraq bu tədbirin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi baxımından önəmini qeyd ediblər.
Prezidenti İlham Əliyev və Prezidenti Kasım-Jomart Tokayev ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.