Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 17:32
Dünən 2 aylıq fasilədən sonra bərpa olunan Almaniya bundesliqasında maraqlı hadisə baş verib.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, bu olaya koronavirus pandemiyası səbəbindən matçların azarkeşlərsiz keçirilməsi səbəb olub. "Şalke"yə qarşı 26-cı turun qarşılaşmasından sonra (4:0) Dortmundun "Borussiya" komandasının futbolçuları ənənələrinə sadiq qalaraq azarkeşlərə etdikləri təşəkkürü yenə təkrarlayıblar.
Onlar "Siqnal İquna Park" arenasının əsas, bu dəfə artıq boş olan tribunasına yaxınlaşaraq azarkeşlərə minnətdarlıqlarını ifadə ediblər. Onlar bununla fanatlarının dəstəyini boş tribunalar önündə belə hiss etdiklərini nümayiş etdiriblər. Bu zaman futbolçular karantin qaydasına - sosial məsafəyə əməl ediblər.