Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 18:32
Bakı. Trend:
Knesset (təkpalatalı parlament) martın 2-si keçirilən seçkilərin yekunları üzrə baş nazir Binyamin Netanyahu tərəfindən formalaşdırılan İsrailin 35-ci koalisiya hökumətini təsdiqləyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeni hökumətə 120 deputatdan 73-ü dəstəyini ifadə edib.
"Likud" və "Kahol-Lavan" partiyalarının koalisiya razılaşmasına uyğun olaraq B.Netanyahu 2021-ci ilin noyabr ayının ortalarına qədər baş nazir vəzifəsini tutacaq. Bundan sonra baş nazir vəzifəsi Beni Qansa keçəcək.