Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dubayda avtobus qəzasında ölənlərin vətəndaşlıqları məlum olub

Dubayda avtobus qəzasında ölənlərin vətəndaşlıqları məlum olub

Tarix: 8 Iyun 2019 08:32

Bakı. Trend:

Omanın "Mwasalat" nəqliyyat şirkəti ötən gün Dubayda avtobus qəzası nəticəsində ölənlərin əksəriyyətinin vətəndaşlıqlarını açıqlayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 11 Hindistan, 2 Pakistan, 1 İrlandiya və 1 Oman vətəndaşı həlak olub.

Bildirilir ki, daha 2 nəfərin kimliyi müəyyən edilməyib. Avtobusun sərnişinləri arasında həmçinin Almaniya və Banqladeş vətəndaşlarının da olduğu qeyd edilir.

Qeyd edək ki, ümumilikdə qəza nəticəsində 17 nəfər həlak olub, onlardan 15-i hadisə yerində, 2-si isə daha sonra xəstəxanada dünyalarını dəyişiblər.

Hazırda xəstəxanalarda 6 yaralı var, onlardan birinin vəziyyəti ağırdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dubayda avtobus qəzasında ölənlərin vətəndaşlıqları məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ