Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qazaxlara Azərbaycan və futbolumuzdan danışdı'' - Müsahibə

''Qazaxlara Azərbaycan və futbolumuzdan danışdı'' -   Müsahibə

Tarix: 18 May 2020 12:26

“Keşlə”nin futbolçusu Con Kamara Qazaxıstan mətbuatına müsahibə verib.

Qol.az xəbər verir ki, 2017-2018 mövsümündə bu ölkənin “Kaysar” klubunda çıxış etmiş afrikalı yarımmüdafiəçi “sport.kz”nin suallarını cavablandırıb.

- Con, son mövsümü Azərbaycan çempionatında keçirdin. Təəssüratların necədir?

- Keçən mövsüm bir az çətin oldu. Ancaq mən qətiyyətli idim və komandam da yaxşı formada idi. Buna görə çox yaxşı oyun keçirməyi bacardım və tədricən nəticəyə nail olduq.

- Bakıda yaşamaq yaxşıdır, yoxsa Qızılordada?

- Düzünü deyim ki, Bakı gözəl şəhərdir və burada həyatı daha maraqlı edən çox şeylər var.

- Azərbaycan futbolunun səviyyəsi barədə nə deyə bilərsən? Azərbaycan çempionatını Qazaxıstan Premyer Liqası ilə necə müqayisə edərdin?

- Hər iki liqa çox yaxşıdır, həm də rəqabət qabiliyyətlidir. Fərq ondadır ki, Qazaxıstanda daha çox komanda var və daha çox oyun olur, amma səviyyə eynidir.

- Azərbaycan mətbuatında oyununuzla bağlı yaxşı rəylər oxudum. Oradakı çıxışlarınızdan razısınız?

- Əlbəttə. Azərbaycan çempionatındakı çıxışımdan çox məmnunam. İştirak etdiyim hər oyunda daha da inkişaf etməyə çalışacağam.

- Ümumiyyətlə, Azərbaycan Qazaxıstandan çox fərqlidir?

- Azərbaycan fərqli ölkədir. İnsanlarla danışmaq, onları başa düşmək daha asandır. Qazaxıstanda əsas problemlərdən biri dil idi. Xüsusilə yaşadığım şəhərdə - Qızılordada.

- Azərbaycan çempionatı sona 8 tur qalmış dayandırıldı. Sizcə, turnir oynanılacaqmı?

- Bəli, Azərbaycan çempionatı COVID-19 ilə əlaqədar sona 8 tur qalmış dayandırıldı. Çox istərdim ki, oyunumuzu davam etdirək, amma nə olacağını bilmirəm. Artıq may ayı olsa da, oyunlar başlamayıb, ona görə də bilmirəm.

- “Keşlə” indi 3-cü yerdədir. Bu, klub üçün yaxşı nəticədir?

- Əlbəttə. Klubda hər kəs üçün yaxşı bir mövqedir.

- İndi Azərbaycandasan? Orada karantin şərtləri necədir?

- Bəli, hazırda Bakıdayam. Karantin vəziyyəti əslində sadə deyil, amma bizə verilən bütün tövsiyələrə əməl etməliyik.

- Qazaxıstan çempionatını izləyirsiniz?

- Bəli, hər iki liqanı izləyirəm. Qazaxıstan Premyer Liqasında bir çox yeni qaydalar qəbul edildi. Düşünürəm ki, hər şey yaxşıdır.

- “Keşlə” ilə müqaviləniz iyunda başa çatır. Karyeranızı harada davam etdirəcəyinizi düşünürsünüz?

- Agentlərim bunun üzərində işləyirlər. Onların maraq göstərdikləri və mənə təklif etdikləri bir çox ölkə var - Türkiyə, Qazaxıstan və digər yerlər.

- Bir gün Qazaxıstana qayıtmaq istərdinizmi?

- Mən futbolçuyam, buna görə vəziyyət məqbul olduğu müddətdə hər yerdə və istənilən vaxt oynamağa hazıram.

 


Etiketlər:  Qazaxlara Azərbaycan futbolumuzdan danışdı Müsahibə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ