Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eksklüziv vebinar: Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpası (FOTO)

Eksklüziv vebinar: Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpası (FOTO)

Tarix: 19 May 2020 13:00

Bakı. Trend:

Ölkədə elan olunmuş xüsusi karantin rejimi davam edir. Bu vəziyyətdə yaranmış boş vaxtdan səmərəli istifadə etməliyik. Hal-hazırda dünyanın aparıcı universitetləri vebinarlar, kurslar təşkil edir. Belə bir vebinar may ayın 21-i aparıcı Qonaqpərvərlik universitetlərindən sayılan Les Roches Universitetinin mütəxəssisləri tərəfindən xüsusi olaraq Azərbaycan turizm və qonaqpərvərlik sahəsinin mütəxəssisləri və bu sahədə karyera qurmaq istəyən tələbələr üçün təşkil olunacaq.

TOP-reytinqli və nüfuzlu Universitetlərdən olan Les Roches Global Hospitality Management Məktəbinin ekspertləri COVİD-19 sonrakı dövrdən sonra böhrandan çıxış yollarını müzakirə edəcəklər.

Vebinarda aşağıdakı məsələlərə toxunulacaq:

- Turizmin indiki vəziyyəti və gələcək perspektivləri

- Gəlirlərin idarə olunması

- Risklər və böhrandan çıxış

- Pandemiya dövrü və ondan sonra Dövlət Turizm Agentliyinin Turizm Təhsili və Təlim strategiyası

Vebinarın qonaqları:

Alvaro Hidalgo – FIRST LOGİC Consulting şirkətinin idarə heyyətinin üzvü. Cənab Hidalgonun şirkəti Qonaqpərvərlik sahəsində fəaliyyət göstərən şirkətlərə Strateji və Maliyyə məsləhətləri verir. Bundan əlavə cənab Hidalgo Les Roches Universitetinin fəxri professorudur.

Susana Garrido – Ümumi təhsil, Rəqəmsallıq, Təlim və Heyyətin inkişafına cavabdeh olan Proqram meneceridir. Xanım Garrido Marketinq sahəsində müxtəlif kurslar tədris edir. 2012-ci ildən Les Roches Universitetinin Marbella kampusunda dərs deyən xanım Garrido həm ABŞ, həm də İspaniyada Qonaqpərvərlik sahəsində karyerasını inkişaf etdirib. Les Roches-a qoşulmazdan əvvəl Susana Garrido İspaniyanın cənubunda yerləşən 5-ulduzlu Golf Resort Property otelində Otel Meneceri və Spa Meneceri vəzifələrində çalışıb.

Julia Tokareva – İsveçrədə yerləşən Sommet Education Şirkətinin Avropa və Mərkəzi Aziya üzrə İcraçı Direktorudur.

Hüseyn Həsənov – Qonaqpərvərlik və təhsil mütəxəssisi, müəllim; Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Təhsil və təlim şöbəsinin müdiri.

Vebinar İngilis dilində təşkil olunacaq və iştirak tam ödənişsizdir.

Vebinarda iştirak etmək üçün qeydiyyat mütləqdir. Qeydiyyat üçün linkə keçid alın:

https://events.webinar.ru/se/azerbaijan

Hər bir iştirakçı onu maraqlandıran sualları Vebinar təşkilatçılarına qeydiyyat zamanı və yaxud Vebinar zamanı ünvanlaya bilər.

Eksklüziv vebinar: Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpası (FOTO) - Gallery Image Eksklüziv vebinar: Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpası (FOTO) - Gallery Image Eksklüziv vebinar: Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpası (FOTO) - Gallery Image


Etiketlər:  Eksklüziv vebinar Qonaqpərvərlik sektorunun COVID 19 dan sonra bərpası FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ