Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' ona şans vermək qərarına gəldi

''Real'' ona şans vermək qərarına gəldi

Tarix: 19 May 2020 14:12

"Real" futbolçusu Luka Yoviçə özünü təsdiqləmək üçün yeni şans vermək qərarına gəlib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,Madrid klubu "Borussiya"nın futbolçusu Erlinq Holandın transferini 2021-ci ilə qədər təxirə saldığı üçün bu addımı atıb. Beləliklə, serbiyalı hücumçu ən azı daha 1 mövsüm komandada qalacaq.Yoviçin ən yüksək səviyyədə oynamaq bacarığını sübut etməyə çalışacağı vurğulanıb.

Qeyd edək ki, ötən yay "Ayntraxt"dan 60 milyon avroya "Real"a trasnfer olunan 22 yaşlı oyunçu bu mövsüm La Liqada 15 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.


Etiketlər:  Real şans vermək qərarına gəldi


RƏYLƏR