Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 14:45
ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.
Sonxeber.net müğənni Nərmin Kərimbəyovanın "Şəbnəm Tovuzlu məni təqlid edir" deməsinə etirazını bildirib:
"Vallah, tanımıram o kimdir. Kimdir o xanım? Siz məni illərdir tanıyırsız. Mən həyatda çılğın xanımam. Rəqsi, deyib-gülməyi, zarafatlaşmağı sevirəm. Bu, mənim həyat tərzimdir. Kənarda necə, efirdə də eləyəm. Efir xətrinə belə deyiləm. "Instagram" səhifəsini belə izləmirəm, bilmirəm kimdir. Avtomobillə gedərkən belə bir musiqi sümüyümə düşürsə, rəqs edirəm, çiynimi də oynadıram. Oynamağı sevirəm. Yeni sənətə gəlir, sənətinə bir söz yoxdur. Nərmin xanımı bu gün heç kəs tanımır. Öz ətrafı tanıya bilər və sevənləri də var. Amma gəlin etiraf edək ki, yeni efirə çıxıb özünü tanıtmaq istəyən ifaçılar, hansısa tanınmış bir ifaçının adını çəkir ki, onun üçün gündəm olsun".
Qeyd edək ki, müğənni Nərmin Kərimbəyova Şəbnəm Tovuzlunun onu təqlid etməsi ilə bağlı açıqlama verib. Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.