Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropanın daha bir ölkəsində liqaya erkən yekun vuruldu

Avropanın daha bir ölkəsində liqaya erkən yekun vuruldu

Tarix: 19 May 2020 22:28

Uels Futbol Assosiasiyası koronavirusa görə dayandırılan milli çempionata yekun vurulması haqda qərar verib.

Qol.az xəbər verir ki, bu barədə xəbəri qurumun rəsmi saytı yayıb. Hər dörd liqada mövsümə yekun vurulduğu açıqlanıb. Klubların fərqli sayda oyun keçirdiyi üçün onların topladığı xallar orta hesabla sayılıb.

“Konnas Kuey” 26 turdan sonra 56 xalla birinci olub və çempion elan edilib. Bu, klubun tarixində ilk çempionluğudur.

Qeyd edək ki, bundan əvvəl Avropa ölkələrindən Fransa, Belçika, Cəbəllütariq və Şotlandiyada liqaya yekun vurulmuş, Niderlandda isə mövsüm ləğv edilmişdi.
 


Etiketlər:  Avropanın daha ölkəsində liqaya erkən yekun vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ