Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləsuvarda 4 otaqlı ev yanıb

Biləsuvarda 4 otaqlı ev yanıb

Tarix: 19 May 2020 21:54

Bakı. Trend:

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 15 m² sahədə, bitişik, ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və talvarın altına yığılan 12 ton ot bağlamasının 8 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Biləsuvarda otaqlı yanıb


RƏYLƏR