Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 10:06
Toylarda daha çox insan olur. Buna görə də hələlik bu, gündəmimizdə deyil. Toylarda insanların yaxın təmas etdiyini nəzərə alsaq, yoluxma halı daha da arta bilər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib.
Qurum rəsmisi bildirib ki, açıq havada, daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər:
"Açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər. Amma düşünmürəm ki, Azərbaycanda toylar 30-40 nəfərdən ibarət olsun. 300-400 nəfərin bir araya toplaşması isə yaxın günlərdə müzakirə mövzusu deyil".