Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 11:45
Bakı. Samir Əli - Trend:
Azərbaycanda yaşayan vizasız miqrantların icazə müddəti avtomatik artırılıb.
Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər vizasız yaşayan miqrant var. Onların işini rahatlaşdırmaq üçün may ayının 31-nə qədər yaşama müddəti bitənlərin icazəsi uzadılıb:
"Miqrant ölkədə yaşama müddətini uzatmaq üçün müraciət etməli idi. Biz bu problemi həll etdik və həmin şəxslərin müddətini müraciətsiz 60 gün uzatdıq. Mart ayından sonra həmin miqrantların yaşama müddəti 30-60 gün uzadılıb. May ayında isə bu müddət bitir. Biz yeni qərar qəbul etdik ki, həmin şəxslər müraciət etmədən onların yaşama müddəti sərhədlərdə gediş-gəliş bərpa olunan müddətə qədər uzadılsın. Bundan sonra həmin şəxslərin müraciətlərinə baxılacaq və qərar veriləcək".