Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 22:22
"Liverpul"un baş məşqçisi Yurgen Klopp koronavirusdan sonra klubun bazasında ilk məşqlə bağlı fikirlərini bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, bazaya yenidən qayıtmağın xoş olduğunu deyib:
"Səhər yaxşı başladı. Mən həmişəkindən daha tez oyandım və sonra bunun ilk iş günüm olduğunu başa düşdüm. Məktəbdəki ilk gün kimi idi. 46 il əvvəl məktəbə getmişdim, amma bu gün həmin vaxtla çox oxşar idi. Yenidən formanı geyindim və məşqə getdim.
Futbolçuları görəndə çox sevindim. Düzdür, bütün oyunçuları görmədim. Onların hamısı yaxşı əhval-ruhiyyədədir. Baza qayıtmaq çox xoş idi".