Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycanda mövsüm erkən başa vurulmalıdır”

“Azərbaycanda mövsüm erkən başa vurulmalıdır”

Tarix: 21 May 2020 11:42

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov cari mövsümün bərpa olunmasına qarşıdır.

39 yaşlı mütəxəssis çempionatın davam edəcəyi təqdirdə Premyer Liqa klublarını gözləyən potensial problemlərə toxunub: “Fasilə çox uzandı. Ona ümid edirdik ki, bir aylıq fasilədən sonra oyunçuların vəziyyətini 3 həftəyə bərpa edə biləcəyik. Ancaq komandalar artıq 2 aydır məşqə çıxmayıblar. May ayının sonuna bir neçə gün qalmasını da bura əlavə etsən, 2,5 ay alınır. Bu isə çox uzun bir fasilədir".

 "Kimyaçılar"ın gənc çalışdırıcısının sözlərinə görə, heç vaxt belə bir fasilə olmayıb: “Ən uzun fasilə yayda olur. Avropa yarışlarında iştirak etməyən klublar yeni mövsümün hazırlıqlarına əvvəlkindən 6 həftə sonra başlayır. Yeni mövsümə hazırlıq 6-7 həftə çəkir. Bu müddət ərzində klublar təlim-məşq toplanışları keçirlər ki, bu müddətdə yoxlama matçları oynayırlar. Onlardan birincilər adətən 45 dəqiqə keçir. Və hətta belə hazırlıqdan sonra da baş məşqçilərin əksəriyyəti komandaları üçün ilk 2-3 turunun çətin keçdiyini iddia edirlər. Komandanın təlim-məşq toplanışından sonra özünə gəlməsi üçün məhz bu sayda tur tələb olunur. İndi təsəvvür edin ki, 2,5 aydan sonra passiv ev həyat tərzi keçirən oyunçular 40 dərəcəlik istidə meydana çıxırlar”.

A.Abbasov bildirib ki, çempionatın bərpa olunması zədələnmə ehtimalını əhəmiyyətli dərəcədə artacaq: “Axı, hər 3 gündən bir hazırlıqsız bir oyunçunu meydandan buraxmaq çox ağır olacaq. Bir futbolçu asanlıqla çox ciddi bir zədə ala və hətta bir illik sıradan çıxa bilər".

39 yaşlı mütəxəssis bu mövsümü erkən tamamlamağı və avqustun ortalarında yeni bir mövsümə start verməyi təklif edir: "Çempionat iyunun sonundan davam edərsə, avqustun əvvəlində başa çatacaq. 2-3 həftə ərzində klublar heyəti də komplekləşdirməli, təlim-məşq toplanışları da təşkil etməli və Avropa yarışlarında da iştirak etməlidir. Bu, sadəcə, mümkün deyil. Buna görə mövsümün erkən bitməsini rəsmi olaraq elan etməyi, yeni futbol ilinin hazırlığına 2 ay vaxt verməyi təklif edirəm ki, yerli klublar həm normal komplektləşsinlər, həm də kondisiyalarını qaydasına salsınlar. Əlbəttə, yekun söz AFFA-nındır. Onlar hansı qərarı verərlərsə, razılaşacağıq. Mən də öz növbəmdə subyektiv fikrimi bildirdim və bunu faktlarla əsaslandırmağa çalışdım".

Abbasov bir sıra nümunələr də gətirib: "Fransa, Hollandiya, Şotlandiya, Kipri götürün. Bu ölkələr riskə getmədi. Rusiya və Türkiyəyə gəlincə, onların mövsümü davam etdirə biləcəkləri fakt deyil. Bundan əlavə, əksər ölkələr artıq kiçik qruplarda məşqlərə başlayıb. Bizdə isə belə geniş imkan olmayacaq. Bütün hazırlıq üçün cəmi 20 gün veriləcək. Onların Azərbaycan klublarından daha bir fərqi mövcud müqavilələrdir. Bu ölkələrdə mövsüm sonunda oyunçuların 90 faizinin müqavilələri bitməyəcək. Yalnız bir neçə oyunçu komandanın sıralarını tərk edəcək. Axı, bizdə belə deyil; demək olar ki, bütün oyunçular müqavilələrini başa vururlar. Və onları sonra motivasiya etmək sadəcə, mümkün olmayacaq" (sport24.az).

 


Etiketlər:  Azərbaycanda mövsüm erkən başa vurulmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ