Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlahiyyat İnstitutunun rəhbər heyətinin iştirakı ilə iclas keçirilib

İlahiyyat İnstitutunun rəhbər heyətinin iştirakı ilə iclas keçirilib

Tarix: 21 May 2020 12:54

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər heyətinin iştirakı ilə distant təhsillə bağlı növbəti iclas keçirilib.

Aİİ-dən Trend-ə verilən məlumata görə, istitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov iştirakçıları salamladıqdan sonra, iclasın gündəliyində olan məsələlər haqqında məlumat verib. İnstitut rəhbəri respublikamızda koronavirus (COVİD 19) pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərdən danışıb.

Qeyd edib ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Aİİ-də də onlayn dərslər davam etdirilir.

A.Şirinov hazırkı durumda tədrisin vəziyyəti, semestr imtahanlarının keçirilmə qaydası, buraxılış işlərinin verilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə gündəmdə olan digər vacib məsələlərdən bəhs edib. Vurğulayıb ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platforması distant təhsil almaq, tədris prosesini tənzimləmək və ona nəzarət etmək üçün geniş imkanlar yaradır. O, İlahiyyat İnstitutunda təhsil alan bəzi tələbələrin məsafədən tədrisə qoşula bilmədiklərini təəssüf hissi ilə qeyd edib.

Aİİ rektoru koronavirus (COVID-19) infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, ölkə ərazisində bəzi yumşalma tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, hər kəsi Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə səsləyib.

İclasda iştirak edən Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Mübariz Camalov və İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov iclasın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüb, biletlərin və imtahan suallarının təşkili, sessiya zamanı tələbələrə güzəştlərin edilməsi ilə əlaqədar təkliflərini bildiriblər.


Etiketlər:  İlahiyyat İnstitutunun rəhbər heyətinin iştirakı ilə iclas keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ