Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda vəzifəli şəxs cərimə olundu

Sumqayıtda vəzifəli şəxs cərimə olundu

Tarix: 21 May 2020 13:18

Bakı. Trend:

“Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov 4800 manat məbləğində cərimə olunub.

Sumqayıt şəhəri ərazisində tüstü və iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı şəhərin inzibati ərazisində yerləşən məişət tullantıları poliqonunda baş verən yanğın səbəbindən ətrafa tüstü və iy-qoxunun yayıldığı, məişət tullantılarının idarə edilməsində qanunvericiliyin tələblərinin pozulduğu və tullantıların yanması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülmədiyi müəyyən edilib.

Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.


Etiketlər:  Sumqayıtda vəzifəli şəxs cərimə olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ