Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 15:00
Ölənəcən bağışlamayacağınız sənət yoldaşınız var?
Sonxeber.net xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) YouTube platformasında yayımlanan verilişdə "Tolik ilə səmimi" verilişində Xalq artisti Brilliant Dadaşovaya müraciət edib.
Sənətçi adını çəkməsə də belə bir həmkarının olduğunu etiraf edib:
"Bir nəfər var. O da mənim atamı, anamı söymüşdü. Sənət camiəsındə yeganə dostum, rəfiqəm Zülfiyyə Xanbabayeva da buna görə həmin şəxsdən mənim valideynlərimi söydüyünə görə uzaq gəzir. Həyatda hər şey ola bilər. Heç bir şey zəmin yaratmır ki, insanın dünyasını dəyişən valideynini - anasını, atasını söyəsən. Özü də o insan mənim anamı söyəndə inan ki, mənim ağlıma gəlmədi deyim ki, sənin anandır. Elə sözlər deyirdi... Çünki ana o qədər müqəddəs bir şeydir və mən anamı elə bir yaşda itirmişəm ki, indi baxıram o yaşdakı uşaqlara, onları anasız heç təsəvvür etmək istəmirəm. Nə ola bilər ki, həyatda sən mərhum valideyni söyəsən.
Tərbiyəsiz insanlar var. Mən belə hesab edirəm ki, onlar təsadüfən gəlirlər çıxırlar səhnəyə. Biri var ki, səhnə üçün doğulmuş insanlar, biri də var ki, hər hansı bir yollarla səhnəyə gələn insanlar var. Mən demişəm ki, o insan mən olan atmosferdə heç vaxt olmayacaq. O, olan atmosferdə də mən olmayacam. Bizim barışmağımızın mənası yoxdur. Çünki bu insalar bir-birinin üzünə tüpürüb, sonra bir-birinin üzündən o tüpürcəyi yalayırlar. Mənim xasiyyətimə zidd olan şeydir bunlar. Bir-birinin üzünə tüpürürlər bu gün, bir-birinə o söz qalmır deyirlər, sabah pul xətrinə, sponsor xətrinə, kiminsə xətrinə həmin o tüpürdüklərini bir-birinin üzündən yalayırlar, qucaqlaşırlar. Üzləri də gəlir o qədər təhqirdən sonra qucaqlaşıb barışmağa. Mənim üçün belə şey mümkün olan deyil".
Məhəmməd Vaqif