Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİM qəbul imtahanından çıxarılmış mövzuları açıqladı

DİM qəbul imtahanından çıxarılmış mövzuları açıqladı

Tarix: 21 May 2020 15:21

Bakı. Asif Mehman - Trend:

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın qısaldılmış forması və qəbul imtahanı proqramlarından çıxarılmış mövzular açıqlanıb.

Trend-in məlumatına görə, 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisə¬lərində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün qəbul imtahanı proqramından çıxarılıb.

Aşağıdakı linkdə sizə 2020-ci ilin fevral ayında “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc edilmiş “Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nı qısaldılmış formada təqdim edirik. Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnmiş və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunmuşdur.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın qısaldılmış forması və qəbul imtahanı proqramlarından çıxarılmış mövzular

“Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın tam mətni ilə “Abituriyent” jurnalının 1-ci nömrəsində tanış ola bilərsiniz. Jurnalı DİM-in kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.


Etiketlər:  DİM qəbul imtahanından çıxarılmış mövzuları açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ