Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 18:02
Bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, yoluxma sürəti atarsa, yenidən sərt karantin rejiminə gedə bilərik:
"Azərbaycan təkrar sərt karantin tədbirləri tətbiq edən ölkələrin təcrübəsini yaşamaq istəmir. Epidemioloji vəziyyət dəyişərsə, gələn həftə yenidən qısamüddətli qadağalar tətbiq edilə bilər. Bayram günlərində ölkəmizdə küçəyə çıxma qağadası qoyulmayıb. Bu günlərdə evə yaxın ərazidəki parklarda sosial məsafəni gözləməklə getmək olar. Amma bayram süfrələrinin təşkilini qəitəyyən tövsiyə etmirik".
R.Bayramlı qeyd edib ki, qaydalara əməl etməyən müəssissələr və və fizijki şəxslər sərt şəkildə cərimələnə bilərlər.