Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 19:54
Bundesliqanın 27-ci turu çərçivəsində "Bayer"lə oynanılacaq matç ərəfəsində Mönhenqladbah "Borussiya"sının stadionunda 12 min ədəd karton fanat quraşdırılacaq.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, azarkeşlər 19 avro qarşılığında özlərinin kartondan düzəlmiş fiqurlarını tribunalarda yerləşdirmək imkanı əldə ediblər. Bu məbləğdən minimum 4 avro xeyriyyəçilik məqsədi ilə istifadə ediləcək. İndiyə kimi "Borussiya"ya 20 mindən çox müraciət daxil olub.
"Borussiya" - "Bayer" görüşü mayın 23-də Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Aktivində 52 xal olan Mönhenqladbah təmsilçisi üçüncü sırada qərarlaşıb. "Leverkuzenlilər" isə 50 xalla beşincidi.