Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda narkotik deposu aşkarlandı

İranda narkotik deposu aşkarlandı

Tarix: 9 Iyun 2019 22:00

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Mircavə sərhəd rayonunda narkotik deposu aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayəti sərhəd qoşunları komandanı polkovnik Məhəmməd Mollaşahi deyib.

M.Mollaşahinin sözlərinə görə, Mircavə rayonu sərhədçilərinin keçirdiyi əməliyyat nəticəsində gizli bir depoda 1,68 ton tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İranın Sistan və Bəluçestan vilayəti Əfqanıstan və Pakistanla sərhəddə yerləşir.


Etiketlər:  İranda narkotik deposu aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ