Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Berlin derbisində darmadağın

Berlin derbisində darmadağın

Tarix: 23 May 2020 00:42

Almaniya bundesliqasında 27-ci tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Berlin derbisində "Herta" doğma meydanda "Union"la qarşılaşıb və rəqibinə 4:0 hesabı ilə qalib gəlib.

"Herta" - "Union" - 4:0
Qollar:
İbişeviç, 51, Lukebakio, 52, Kunya,61, Boyata, 77

Bu qələbə ilə xalını 34-ə yüksəldən meydan sahibləri turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Union" isə 12-ci pillədə qalıb.

Qeyd edək ki, turnir cədvəlinə 58 xalla "Bavariya" başçılıq edir. Dortmund "Borussiya"sı 54 xalla 2-ci, Münhenqladbax "Borussiya"sı 52 xalla 3-cüdür.

 


Etiketlər:  Berlin derbisində darmadağın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ