Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TikTok servisinin sahibi ByteDance şirkətinin bazar dəyəri 100 milyard dolları keçib

TikTok servisinin sahibi ByteDance şirkətinin bazar dəyəri 100 milyard dolları keçib

Tarix: 23 May 2020 19:16

Məşhur TikTok servisinin sahibi ByteDance şirkətinin son bağlanmış müqavilələr nəticəsində bazar dəyəri 100 milyard dolları keçib. Bu barədə Bloomberg saytı xəbər verib. 2018-ci ildə ByteDance şirkəti 75 milyard dollar investisiya əldə etmişdi və nəticədə onun bazar dəyəri 75 milyard dollar təşkil etmişdi. Həmin vaxtdan bəri şirkətin bazar dəyəri 33% yüksəlib.

Məlumata əsasən son müqavilələrdən bir neçəsinin fonunda şirkətin bazar dəyəri 140 milyard dollar qiymətləndirilmişdi. Qeyd etmək lazımdır ki, həmin müqavilələrin hamısı özəl müqavilələrdir və onlar investorların gözləntilərini əks etdirə bilmirlər. Son illərdə ByteDance TikTok servisi sayəsində güclü internet şirkətinə çevrildi. Şirkətin bütün tətbiqlərinin (TikTok, TikTok-un Çin versiyası Douyin və Tautioao xəbər servisi) ümumi istifadəçi kütləsi ay ərzində 1.5 milyard insan təşkil edir.


Etiketlər:  TikTok servisinin sahibi ByteDance şirkətinin bazar dəyəri milyard dolları keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ