Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2020 12:16
Bakı. Trend:
İtaliyanın "İnter" futbol klubu Fransanın "Pari Sen-Jermen" klubunun uruqvaylı hücumçusu Edinson Kavaniyə 2023-cü ilədək olan müqavilə təklif etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "L'Equipe" qəzeti bildirib.
E.Kavanin PSJ ilə hazırkı müqaviləsi iyunda başa çatır. Qəzetin yazdığına görə, 33 yaşlı hücumçunun transferində "İnter" in baş məşqçisi Antonio Konte şəxsən maraqlanır.
Qeyd edək ki, daha əvvək uruqvaylı futbolçunu İngiltərənin "Mançester Yunayted", "Nyukasl" və İspaniyanın "Atletiko" nu da almaq istədikləri barədə məlumat yayılmışdı.