Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2020 13:28
Millimizin sabiq üzvü Vəli Qasımov vaxtilə çıxış etdiyi Rusiyanın “Dinamo” və “Spartak” klublarındakı məvacibinin məbləğini açıqlayıb.
Qol.az xəbər verir ki, keçmiş hücumçu bu barədə Rusiyanın “Championat” nəşrinə müsahibəsi zamanı danışıb:
“O vaxtlar maaşlar az idi, bonuslarla yaşayırdıq. “Spartak”dakı bonusum “Dinamo”dakından çox idi. “Spartak”da qələbə üçün 500 dollar, “Dinamo”da isə 250 dollar verirdilər. Ancaq hər iki klubdan aldığım maaş eyni idi. Təxminən 2-3 min rubl idi. Biz müasir futbolçular kimi çoxlu pul almırdıq”.
Qeyd edək ki, Vəli Qasımov 1992-ci ildə “Dinamo”nun heyətində Rusiya çempionatının bombardiri olub. Daha sonra İspaniya “Betis”inə keçən Qasımov, müxtəlif vaxtlarda “Albasete”, “Esixu”, “Vitoriya” və “İmortal” kimi klublarda çıxış edib.