Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdə mütəmadi kompüterlə çalışanlara xəbərdarlıq: Bunları etməyin!

Evdə mütəmadi kompüterlə çalışanlara xəbərdarlıq: Bunları etməyin!

Tarix: 25 May 2020 19:09

Fiziki Terapiya və Reabilitasiya mütəxəssisi Hanife Düzgün Çelik koronavirus səbəbi ilə evdə mütəmadi kompüterdə işləyənlərin uzun müddət eyni vəziyyətdə qalmalarının zərərli olduğunu deyib.

Sonxeber.net xəbər verir ki, mütəxəssis uzun müddət eyni vəziyyətdə qalmağın zərərlərindən qurtulmağın yollarını belə izah edib:

"Evdə fiziki məşqlər edərək duruş pozuntularından və ağrılardan qorunmaq olar. Duruş pozuntularının qarşısını almaq üçün uzun müddət eyni vəziyyətdə oturmamalıyıq. Oturarkən bel dəstəklənməlidir. Kompüterdən istifadə olunacağı təqdirdə biləyi dəstəkləyən maus altlığı istifadə edilə bilər. Yatarkən boyun disklərinin dəstəkləmək çox vacibdir. Yan və belüstü yatarkən dizlərin əyilməsi də önəmli nüansdır".

Mütəxəssis bildirib ki, ayaqda durarkən baş dik, sinə ön tərəfdə olmalı, qarın içəri çəkilməli, çiyinlər isə irəli çıxmamalıdır:

"Uzun müddət evdə eyni mövqe tutmadan, vaxtaşırı məşqlər etməklə duruş pozğunluqlarından və ağrılardan qorunmaq olar. Bütün bu tədbirləri gördüyünüz təqdirdə ağrılarınız davam edərsə, fizioterapiya və reabilitasiya həkiminə müraciət etmək uyğun olar.

Bundan əlavə, telefonda vaxt keçirərkən baş və boyun çox önə əyilməməlidir. Başı önə əymə bucağı artdıqca paralel olaraq onurğamızda yük də artır. Telefonla isə çox uzun danışmamalıyıq. Əgər belə bir zərurət varsa, qulaqlıq istifadə edilə bilər. Uzun müddət telefonla danışmaq sinir gərilmələrinə səbəb olur". (publika.az)


Etiketlər:  Evdə mütəmadi kompüterlə çalışanlara xəbərdarlıq Bunları etməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ