Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2020 21:00
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun müalicəsi üçün nəzərdə tutulan hidroksixloroxin və xloroxinin sınaqlarını müvəqqəti olaraq dayandırıb.
Trend-in məlumatına görə, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus brifinqdə bildirib.
"İcra qrupu həmrəylik sınaqları çərçivəsində hidroksixloroxin və xloroxinin istifadəsini müvəqqəti dayandırdı. Bununla yanaşı, dərmanlar autoimun və malyariya xəstələri üçün etibarlı sayılmaqda davam edir", - baş direktor qeyd edib.