Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kataraktanın yetişməyini gözləməyin - Dəhşətli fəsadlar

Kataraktanın yetişməyini gözləməyin - Dəhşətli fəsadlar

Tarix: 25 May 2020 22:51

Gözdə katarakda diaqnozu bir çoxları üçün dünyanın sonu kimi səslənə bilər, amma kataraktanın aşkarlanması yox, onun müalicəsinin gecikdirilməsi dəhşətli fəsadlar verə bilər.

Kataraktanın cərrahi əməliyyat müalicəsi var.

Sonxeber.net medicina.az-a istinadən müalicəni gecikdirdikdə, hansı ağırlaşmaların baş verə biləcəyinizi nəzərinizə çatdırır.

1. Görmənin tam itirilməsi, korluq

Katarakta inkişaf edib irəliləməyə meyilli xəstəlikdir, zamanla xəstənin vəziyyəti düzəlməz, əksinə ağırlaşa bilər. El arasında illərdir belə bir mif gəzir ki, guya katarakta varsa, əməliyyata tələsməyib, onun tam yetiçməsini və göz büllurunun tam bulanıb, qaralmasını, bərkiməsini gözləmək lazımdır ki, bidəfəlik əməliyyatla götürülsün. Bu yanlışdır, artıq keçmişdə qalıb. Bu müddəti gözləyənə kimi görmə də zəifləyir, bəzi xəstələrdə itir və əməliyyat görməni bərpa etmir.

Bu gün müasir lazer texnologiyaları kataraktanı ən yumşaq, ən erkən mərhələsində göz büllurundan ayırmağa imkan verir. Ona görə gözləməyə dəyməz.

2. İkincili qlaukoma başlaya bilir

Kataraktanın ən ciddi, geridönməz ağırlaşmalarından biridir. İkincili qlaukoma göz büllurunun ölçüsünün böyüməsi və genişlənməsi səbəbindən gözün ön kamerasına gözdaxili mayenin dövr etməsinin pozulması səbəbindən yaranır.
Gözdaxili təzyiq artır, görmə siniri atrofiyası başlayır, nəticədə tam korluq qaçılmaz olur.

3. Əlillik və yaşamağın çətinləşməsi

Zəif görən insan cəmiyyətdə rahat, köməksiz tam hərəkət edə bilmir, istədiyi yerə getməkdən məhrum olur, sənədləri oxuya bilmir, mağazada çətinlik çəkir.
Əl-ayağı yerində olsa da o digər əlillərdən geri qalmır.

Ona görə katarakta gözləyər deməyin, vaxtında müalicə və əməliyyata gedin.


Etiketlər:  Kataraktanın yetişməyini gözləməyin Dəhşətli fəsadlar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ