Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər selfie foto vasitəsilə xəstəliklərin təyin edilməsi alqoritmini yaratdılar

Alimlər selfie foto vasitəsilə xəstəliklərin təyin edilməsi alqoritmini yaratdılar

Tarix: 26 May 2020 08:04

Smartfonların ön kameraları adətən selfie fotoların çəkilməsi üçün istifadə olunurlar. Lakin alimlər bir neçə müddət bundan öncə ön kameraların daha maraqlı tətbiq sahəsini yaradıblar. Belə ki, alimlərin yaratdıqları yeni alqoritm istifadəçinin fotosunu analiz edərək anemiya da daxil olmaqla müxtəlif xəstəlikləri yüksək dəqiqliklə təyin etməyi bacarır. Bu barədə 4pda saytı xəbər verib.

Amerikalı alimlər göz qapağının fotosunun analizi əsasında qandakı Hemoqlobin səviyyəsini ölçmə üzrə yeni üsul yaradıblar. Nəzərə alsaq ki, qandakı hemoqlobin səviyyəsi insan səhhətinin vəziyyəti barəsində vacib göstəricidir, alimlər yeni yaradılmış texnologiyanı məsafəli diaqnostikanın perspektivli üsulu kimi təqdim edirlər. Sözügedən texnologiyanın çalışması üçün heç bir xüsusi cihaza ehtiyac yoxdur. Bütün hesablama prosesi isə smartfonda reallaşdırılır.

Yaradılmış yeni alqoritmin iş prinsipi belədir: Cihazın kamerası proqram səviyyəsində hiperspektral tomoqrafa çevrilir və o, insanın göz qapağına fokuslanaraq lazımi səhhət göstəricisini təyin edir. Alimlərin məlumatlarına əsasən bu texnologiyanın testi zamanı onun səhv məlumatı vermə göstəricisi 5%-10% təşkil edib. Bu cür alqoritmə sahib mobil tətbiqin nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.


Etiketlər:  Alimlər selfie foto vasitəsilə xəstəliklərin təyin edilməsi alqoritmini yaratdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ