Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 09:00
Feysbuk korporasiyası məsafədən işləyən işçilərinin sayını artırmağa, bəzi işçilərini isə davamlı olaraq distant iş rejiminə keçməsinə icazə verməyi planlaşdırır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda Mark Zukerberq deyib.
Zukerberqin sözlərinə görə, yaxın beş-on il ərzində Feysbuk işçilərinin 50%-i məsafədən işləyə bilər.
O etiraf edib ki, məsafədən iş rejiminə keçdikdə, işçilərin məhsuldarlığının azalacağından ehtiyat edib. Lakin onların məhsuldarlığı azalmayıb, əksinə bəzi işçilərin məhsuldarlığı daha da artıb.